Türkiyə Azərbaycana yumurta ixracını artırmaq istəyir

21:59 | 06.01.2017
Türkiyə Azərbaycana yumurta ixracını artırmaq istəyir

Türkiyə Azərbaycana yumurta ixracını artırmaq istəyir

2016-cı ildə Türkiyə yumurta ixracını 5,8% artırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Türkiyənin Yumurta İstehsalçıları Birliyinin rəhbəri Hasan Konya bildirib.
 
Onun sözlərinə görə, ötən il Türkiyə 290,190 mln. dollarlıq yumurta ixrac edib. 2015-ci ildə qonşu ölkə yumurta ixracından 274,889 mln. dollar əldə edib.
 
H. Konyanın sözlərinə görə, Türkiyə ən çox Yaxın Şərq, Fars körfəzi ölkələrinə, o cümlədən Azərbaycan və Gürcüstana yumurta ixrac edib: "Ümumilikdə, 20-dək ölkəyə yumurta ixrac edirik. Qonşu ölkələrin iqtisadi durumu normallaşdıqdan sonra ixracı artırmaq niyyətindəyik".
 
Birliyin rəhbəri əlavə edib ki, ötən il Türkiyədə 19 mlrd. ədəd yumurta istehsal edilib, bunun təxminən 30%-i ixrac olunub.
 
"Bu il 400 mln. dollarlıq yumurta ixrac etmək niyyətindəyik", - deyə o bildirib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb