Türkiyə daha bir şəhid verib, üç əsgər yaralanıb - Video

20:56 | 18.08.2015
Türkiyə daha bir şəhid verib, üç əsgər yaralanıb - Video

Türkiyə daha bir şəhid verib, üç əsgər yaralanıb - Video

 Bu gün Türkiyənin Diyarbəkir şəhərinin Nice rayonunda PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma baş verib.
 
"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 hərbçi yaralanıb. Yaralı əsgərlər helikopterlə Diyarbəkir Dəclə Universiteti Tibb Fakültəsi Xəstəxanasına yerləşdirilib. Toqquşmada ağır yaralanan əsgərlərdən biri həkimlərin müdaxiləsinə baxmayaraq, xilas etmək mümkün olmayıb.
 
Əsgərlərdən ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Diyarbəkir valiliyi avqustun 17-də yerli vaxtla saat 21:00-dan bu gün saat 07:00-a qədər küçəyə çıxma yasağı elan etmişdi.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM