Türkiyə: Ərdoğan terrora qarşı müharibə vəd edir

16:30 | 14.03.2016
Türkiyə: Ərdoğan terrora qarşı müharibə vəd edir

Türkiyə: Ərdoğan terrora qarşı müharibə vəd edir

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ankarada azı 36 nəfərin ölümü ilə nəticələnmiş partlayışın ardından terrorçuluğu "dizi üstə" çökdürəcəyinə söz verib.

Cənab Erdoğan deyib ki, "intihar maşınları" ancaq Türkiyənin təhlükəsizlik xidmətini gücləndirməyə çalışa bilər.

Türkiyə səhiyyə naziri Mehmet Müezzinoğlu 30 nəfərin partlayış yerində öldüyünü bəyan edib.

Bazar günü axşamı Kızılay ərazisində avtomobildə yerləşdirilmiş bomba partlayışı nəticəsində həmçinin 125 nəfərin yaralandığı bildirilir. Ölənlərin ikisinin partlayışı təşkil edənlər olduğu ehtimal olunur. Mənbələr deyir ki, partlayışı törədən "canlı bombanın" biri Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvü olub.

Bəzi yaralıların vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir.

Bu, Türkiyə paytaxtı Ankarada beş ay ərzində üçüncü partlayışdır.

Türkiyə təyyarələri İraqdakı PKK silahlılarına qarşı bomba zərbələrini həyata keçiriblər. Rəsmilər hücuma görə bu qrupdan şübhələnir.

Ordu bəyan edib ki, 11 hərbi təyyarə Qəndil və Qara ərazilərində 18 düşərgəni hədəfə alıb.

PKK onlara hücumların olduğunu təsdiqləyib.

Bundan başqa, əməliyyatların aparıldığı Türkiyənin əsasən kürdlərin yaşadığı cənub-şərq rayonları - Yüksekova və Nusaybində komendant saatı tətbiq olunub, Anadolu agentli yazır.

Daha bir komendant saatı isə saat 23:00-da (Bakı vaxtilə 01:00) Şirnak şəhərində başladılıb.

Ankaradakı patlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Lakin hökumətdəki mənbələr PKK-dan şübhələnir.

Türkiyə daxili işlər naziri Efkan Ala bəyan edib ki, Ankara partlayışının araşdırılması bazar ertəsinədək başa çatdırılacaq və təşkilatçıların adı açıqlanacaq.

Partlayış Güven parkı yaxınlığında, Ankaranın əsas nəqliyyat qovşaqlarından biri və çoxsaylı mağaza olan yerdə baş verib.

Partlayış yerinə yaxın bir neçə avtomobil və bir avtobus tamamilə yanıb.

Hürriyet qəzeti partlayışın yerli vaxtla 18:40 radələrində baş verdiyini bildirir. İkinci partlayış təhlükəsi ehtimalına görə rayon təcili təxliyə edilib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bəyan edib ki, terrorçu qruplaşmalar Türkiyə təhlükəsizlik qüvvələrindən məğlubiyyətə uğrayaraq mülki əhaliyə hücum edirlər.

Onun sözlərinə görə, bu hücumlar "bizim terrorçuluqla mübarizə əzmimizi daha da möhkəmləndirir”.

Hürriyet həmçinin Ankarada yerli məhkəmə tərəfindən Facebook, Twitter və başqa sosial şəbəkələrin bağlanması qərarı qəbul olunduğunu bildirir.

Qadağa partlayış yeri və onun nəticələrini əks etdirən foto və video görüntülərin nümayiş etdirilməsinin yolverilməzliyi ilə əsaslandırılır.

Daha əvvəl sosial şəbəkələrdə bu qəbildən şəkillər yerləşdirilmişdir.

Bundan başqa, məlum olub ki, ABŞ-ın Ankaradakı səfirliyi Amerika vətəndaşlarını mümkün partlayış haqqında xəbərdarlıq edib.

Fevralda Ankarada partlayış nəticəsində 28 adam ölüb, 61 nəfər xəsarət almışdı. O zaman hücuma görə məsuliyyəti kürd döyüşçü qrupu öz üzərinə götürmüşdü. bbc.com/azeri

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb