"Türkiyə Hava Yolları" 82 reysi təxirə saldı

09:48 | 06.01.2016

"Türkiyə Hava Yolları" 82 reysi təxirə saldı

"Türkiyə Hava Yolları" şirkəti 6 və 7 yanvar tarixlərində İstanbulun hava limanlarından 82 reysin eniş və qalxmasını təxirə salıb.

"Report" xəbər verir ki, bu haqda "Hürriyet"qəzeti məlumat yayıb.

Məlumata görə, reyslər İstanbulda güclü külək və leysan ehtimalına görə təxirə salınıb.

Xəbərdə bildirilib ki, səyahətdən öncə müştərilər şirkətin saytından əlavə məlumat əldə edə bilər.

Təxirə salınan reyslər arasına İstanbul-Bakı reysi də daxil edilib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb