Türkiyə hərbçiləri Azərbaycanda

21:38 | 14.09.2017
Türkiyə hərbçiləri Azərbaycanda

Türkiyə hərbçiləri Azərbaycanda

"TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib.

Müdafiə Nazirliyindən İstiPress-ə bildirilib ki, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, sentyabrın 18-dən 30-dək ölkəmizdə keçiriləcək təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.









www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb