Türkiyə Suriyada keçirdiyi əməliyyat barədə 3 ölkəni əvvəlcədən məlumatlandırıb

15:18 | 25.08.2016
Türkiyə Suriyada keçirdiyi əməliyyat barədə 3 ölkəni əvvəlcədən məlumatlandırıb

Türkiyə Suriyada keçirdiyi əməliyyat barədə 3 ölkəni əvvəlcədən məlumatlandırıb

Türkiyə Suriyanın Cerablus bölgəsini İŞİD terror təşkilatından təmizləməklə əlaqədar keçirəcəyi hərbi əməliyyat barədə öncədən ABŞ və Rusiyaya məlumat verib, daha sonra İran da bu barədə məlumatlandırılıb.
 
APA-nın xəbərinə görə, bunu NTV telekanalına müsahibəsində Türkiyənin müdafiə naziri Fikri İşık bildirib.
 
Suriya rejimini yox saya bilməyəcəklərini, ancaq Suriyanın gələcəyində Bəşər Əsədi görmədiklərini söyləyən F. İşık əməliyyatla bağlı Suriya rejimi ilə birbaşa əlaqə  yaradılmadığını deyib. O, Cerablus bölgəsində əməliyyatların müxalif Azad Suriya Ordusu tərəfindən aparıldığını, Türkiyə ordusunun isə onlara dəstək verdiyini vurğulayıb: "İndiyə qədər əməliyyatların gedişində Azad Suriya Ordusunun iki döyüşçüsü həlak olub, iki döyüşçü yaralanıb. Türkiyə ordusunda şəhid və yaralı yoxdur".
 
F. İşık İŞİD-dən azad edilmiş Cerablusda hazırda "təmizləmə" işlərinin aparıldığını, İŞİD terrorçularının şəhərdə gizləndikləri yerlərin axtarıldığını nəzərə çatdırıb: "Azad Suriya Ordusu nəzarəti tam təmin edənə qədər Türkiyə ordusunun orada qalmaq haqqı var. Təəssüf ki, hazırda Suriyada bir dövlət yoxdur. Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasını dəstəkləyir”.
 
F. İşık PKK-nın Suriya tqolu olan PYD-nin silahlı qanadı YPG-nin bir həftə ərzində Münbicdən çıxması və Fərat çayının şərqinə çəkilməsi  prosesinin başa çatmasını gözlədklərini də nəzərə çatdırıb: "Bir həftə əvvəl ABŞ-la müzakirələr zamanı PYD-nin iki həftə ərzində Fərat çayının şərqinə çəkilməsi barədə razılığa gəlmişdik. Qarşıdakı bir həftə ərzində bu prosesin başa çatmasını gözləyirik. Prosesi izləyirik”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb