Türkiyədə 65 zabitə ömürlük həbs cəzası verildi

15:44 | 06.03.2018
Türkiyədə 65 zabitə ömürlük həbs cəzası verildi

Türkiyədə 65 zabitə ömürlük həbs cəzası verildi

Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Hərbi Dəniz Qüvvələrinin 65 sabiq zabiti ömürlük həbs cəzasına məhkum edilib.
 
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 18 zabitə ömürlük həbs cəzası, 47 zabitə isə daha ağır saxlanma şəraiti olan ömürlük həbs cəzası verilib.

Xatırladaq ki, 2016-cı il iyulun 16-na keçən gecə bir qrup hərbçi Türkiyədə dövlət çevrilişinə cəhd göstərib. Qarşıdurmalar Ankarada və İstanbulda baş verib. Qiyam nəticəsində 240-dan çox Türkiyə vətəndaşı həlak olub, 2 mindən çox insan isə yaralanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb