Türkiyədə azərbaycanlı ailənin faciəsi

12:43 | 11.09.2016
Türkiyədə azərbaycanlı ailənin faciəsi

Türkiyədə azərbaycanlı ailənin faciəsi

Türkiyədə 62 yaşlı Azərbaycan vətəndaşı çimərlikdə boğulub.

ANN.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, sentyabrın 10-da Antalyanın Konyaaltı qəsəbəsinin Sarısu Mesire bölgəsindəki çimərlikdə 62 yaşlı Fənah Əhmədov boğularaq həyatını itirib.

Saat 19:00 radələrində suda turistlər suda naməlum şəxsin cəsədini görüblər və dərhal polisə məlumat veriblər. Sahildəki xilasedicilər 1954-cü il təvəllüdlü F.Əhmədovun cəsədini sahilə çıxarıblar. Həkimlər onun həyatını itirdiyini müəyyənləşdiriblər. F.Əhmədovun ölüm xəbərini alan qızı və yaxınları çimərliyə gəliblər. Onun yaxşı üzə bilmədiyi də məlum olub.

Nəşrin əldə etdiyi məlumata əsasən, F.Əhmədovun həyat yoldaşı ötən il Antalyada həyatı itirib. Polis faktla bağlı araşdırmaya başlayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti