Türkiyədə çevrilişin qarşısını alan azərbaycanlı zabit dəfn edildi

14:15 | 03.08.2016
Türkiyədə çevrilişin qarşısını alan azərbaycanlı zabit dəfn edildi

Türkiyədə çevrilişin qarşısını alan azərbaycanlı zabit dəfn edildi

Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi zamanı ağır yaralanan azərbaycanlı xüsusi təyinatlı polis zabiti dünyasını dəyişib.

Oxu.Az-ın Yesiligdir saytına istinadən xəbər verir ki, Bülent Yurtseven adlı həmin zabit milliyyətcə azərbaycanlıdır.

O, Fətullah Gülən şəbəkəsinə bağlı hərbçilərin iyulun 15-də Ankara Gölbaşı Xüsusi Təyinatlı Polis İdarəsinə "F-16” təyyarəsindən endirdikləri bomba zərbələri nəticəsində ağır yaralanıb, hər iki ayağını itirib. Həmin bomba zərbələri nəticəsində 50-dən çox xüsusi təyinatlı polis həlak olmuşdu.

Bildirilir ki, İğdırın Küllük kəndində qeydiyyatda olan xüsusi təyinatlı polis komissarı Bülent Yurtseven aldığı ağır yaralardan bir gün əvvəl vəfat edib. Onun cənazəsi Ankarada xüsusi mərasimlə dəfn edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM