Türkiyədə müəllimlərin peyvəndlənməsinə başlanıldı

14:47 | 24.02.2021
Türkiyədə müəllimlərin peyvəndlənməsinə başlanıldı

Türkiyədə müəllimlərin peyvəndlənməsinə başlanıldı

Türkiyədə müəllimlərin COVID-19 pandemiyası ilə əlaqədar peyvəndlənməsinə start verilib.

Anews.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin təhsil naziri Ziya Səlcuq Çorum şəhərində vaksinasiyanın ilk iştirakçısı olub. Nazir müəllimlərin səhiyyə müəssisələrində peyvənd oluna biləcəyini açıqlayıb.

"Biz Səhiyyə Nazirliyinə 1 milyon 259 min təhsil işçisinin siyahısını təqdim etmişik. İstədikləri formada vaksinasiyanın birinci mərhələsində iştirak edə biləcəklər. Vaksinasiyanın ikinci mərhələsində də proses eyni olacaq”, - deyə Z.Səlcuq əlavə edib.

Qeyd edək ki, 1 martdan etibarən qardaş ölkədə ibtidai siniflərdə məktəblərdə təhsilə start veriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb