Türkiyədə onlarla hərbçi saxlanıldı

18:23 | 04.04.2021
FETO terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının saxlanılması istiqamətində bir neçə genişmiqyaslı əməliyyat həyata keçirilib.
Bu barədə "Qafqazinfo” "Anadolu” agentliyinə istinadən xəbər verir.

İstanbul Baş Prokurorluğunun apardığı əməliyyat zamanı FETO ilə əməkdaşlıqda şübhəli bilinən 93 hərbçi saxlanılıb. Onlardan 25-i həbs olunub, üç nəfər barəsində indiyədək araşdırma aparılır. Saxlanılmalı olan daha 22 şəxsin axtarışı davam edir. Saxlanılanlardan 22-si terror təşkilatının fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha bir əməliyyat isə İzmirin Baş Prokurorluğu tərəfindən ölkənin 53 vilayətində paralel olaraq həyata keçirilib. Martın 23-də başlanan əməliyyatlarda 184 hərbçinin saxlanılması nəzərdə tutulur. Onlardan 172-si saxlanılıb, onlardan 123-ü hazırda xidmət edən hərbi qulluqçulardır. Saxlanılanlardan 41-i həbs olunub, 92-si isə məhkəmə nəzarəti altına buraxılıb. Digər şübhəlilərin axtarışı davam edir.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM