Türkiyədə qış vaxtı ləğv edildi

12:09 | 08.09.2016
Türkiyədə qış vaxtı ləğv edildi

Türkiyədə qış vaxtı ləğv edildi

Türkiyədə qış vaxtına keçid ləğv edildi.

Oxu.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin Türkiyə hökumətinin rəsmi xəbərlərində dərc edilmiş qərarına əsasən, daha saatın əqrəbləri "Günəş enerjisinin istehlakının artırılması məqsədi ilə” çəkilməyəcək.

"Nazirlər Kabinetinin 2016-cı ilin oktyabrın 30-da saat 04:00-da saatın əqrəblərinin bir saat geri çəkilməsini nəzərdə tutan 2016-cı il 14 mart tarixli "Vaxtın tənzimlənməsi” haqqında qərarı qüvvədən düşüb. 2016-cı ilin martın 27-də saat 03:00-da başlayan yay vaxtı bütün il boyu davam edəcək. Qış vaxtına keçid olmayacaq”, - Nazirlər Kabinetinin qərarında deyilir. 

Qərar sentyabrın 7-də Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında qəbul edilib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb