Türkiyədə yollar bağlandı - bu toya görə

13:00 | 14.05.2016
Türkiyədə yollar bağlandı - bu toya görə

Türkiyədə yollar bağlandı - bu toya görə

Türkiyə prezidenti Ərdoğanın qızı Sümeyyanın bugünki toy mərasimi ilə əlaqədar İstanbulda ciddi hazırlıq işlərinə başlanılıb.

"Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Sümeyya Ərdoğanla Selcuk Bayraktarın Yahya Kemal Beyatlı konsert mərkəzindəki toyuna görə bir çox yollarda avtomobillərin hərəkətinə qadağa qoyulub.

Yerli vaxtla saat 15:00-da baş tutacaq mərasimə hazırlıqlar gecədən başlayıb. Polislər konsert mərkəzinə çıxan bütün əsas yolları, həmçinin bəzi küçələri dəmir baryerlərlə bağlayıb.

Bomba mütəxəssisləri isə toyun keçiriləcəyi ərazidə partlayıcı maddə axtarışını həyata keçirib.
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM