Türkiyədə zəlzələ: Dörd nəfər özünü eyvandan atdı

09:51 | 26.02.2020
Türkiyədə zəlzələ: Dörd nəfər özünü eyvandan atdı

Türkiyədə zəlzələ: Dörd nəfər özünü eyvandan atdı

Türkiyənin Malatya şəhərində zəlzələ baş verib.

"HaberGlobal”ın yaydığı məlumata görə, zəlzələ 4,9 bal gücündə olub.

Zəlzələ yerli vaxtla 02:03-də Kale rayonunda, yerin 14 kilometr dərinliyində qeydə alınıb. Təkanların Elazığ vilayətində də hiss edildiyi bildirilib.

Narahat olan insanlar gecəni küçələrdə keçirib.

Zəlzələ baş verən zaman təlaşla özünü eyvandan atan dörd nəfər və ürək narahatlığı keçirən iki nəfər xəstəxanaya çatdırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb