Türkiyədən Parisə sərt cavab: Şikəst düşüncə...

17:32 | 31.01.2018
Türkiyədən Parisə sərt cavab: Şikəst düşüncə...

Türkiyədən Parisə sərt cavab: Şikəst düşüncə...

Bizim Afrində nə etmək istədiyimizi görmək üçün "Fərat qalxanı”ndakı Menbiç, Cerablus və Azez xəttindəki 2 min kvadrat kilometrlik əraziyə baxmaq lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım Fransa Prezidenti Emmanuel Makronun Afrin açıqlamasına cavab olaraq söyləyib.

"Fransanın düşüncəsi şikəstdir. İşğal məntiqi ilə hərəkət etmirik. Türkiyə istənilən terror təhdidinə qarşı üzərinə düşənləri edəcək. Bu fəaliyyətlər əslində ölkəmizin həmsərhəd olduğu Suriya və İraqda terror koridoru yaradılmasına əngəl olacaq”, - Baş nazir bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Afrin əməliyyatının işğal mahiyyəti daşımamalı olduğunu bildirmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb