Türkiyədən yeni əməliyyat: "Dəclə Qalxanı" başlayır

16:19 | 22.03.2018
Türkiyədən yeni əməliyyat:

Türkiyədən yeni əməliyyat: "Dəclə Qalxanı" başlayır

Türkiyə İraqın şimalında PKK terror təşkilatı üçün ikinci Qəndilə çevrilən Sincar vilayətinin terrorçulardan təmizlənməsi üçün yeni əməliyyatlara hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə türkiyənin "Axşam" qəzeti məlumat yayıb. Qəzet yeni hərbi əməliyyatın "Dəclə qalxanı" adlanacağını bildirib.

Əməliyyatın başlanacağı tarix barədə hələlik heç bir məlumat verməyib.

Yeni əməliyyata Türkiyənin uzun müddətdir İraqın Başika şəhərində hazırladığı "Haşdi Vatani” qruplaşmasının üzvlərinin qatılacağı iddia edilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb