Türkiyəli futbolçu karyerasını başa vurur

17:40 | 31.03.2018
Türkiyəli futbolçu karyerasını başa vurur

Türkiyəli futbolçu karyerasını başa vurur

Klub rəhbərliyi ilə futbolçu arasında müqavilənin uzadılması barədə danışıqlar aparılmayıb.

Rusiyanın "Rubin"(Kazan) klubunda çıxış edən türkiyəli futbolçu Gökdeniz Karadeniz karyerasını başa vurur.

"Report" xəbər verir ki, hücumçu şəxsi "İnstagram" hesabından karyerasını sonlandırmağa yaxın olduğu barədə paylaşım edib və "yavaş-yavaş sona yaxınlaşıram" yazıb. 

Rusiya mətbuatına görə, Gökdeniz Karadenizin "Rubin"lə müqaviləsi mövsümün sonunda başa çatır. Klub rəhbərliyi ilə futbolçu arasında müqavilənin uzadılması barədə danışıqlar aparılmayıb. Rusiya təmsilçisi 2008-ci ildən komandada çıxış edən 38 yaşlı futbolçu üçün vida tədbiri hazırlamaq niyyətindədir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb