Türkiyəni Suriyanın xilasına qurban verməyin

22:09 | 03.03.2016
Türkiyəni Suriyanın xilasına qurban verməyin

Türkiyəni Suriyanın xilasına qurban verməyin


Bunu isə «The Guardian» qəzetində Jean-Marie Guéhenno yazır.

Müəllif Türkiyənin, bütün çətinliklərinə baxmayaraq, bir sıra geosiyasi qarşıdurmalarda lövbər rolu oynadığını vurğulayır – Rusiya ilə Qərb, Yaxın Şərqlə Avropa, hazırkı dünya düzəni və onun zorakı ekstremist alternativ arasında dayanır. 80 milyonluq ölkə 57 müsəlman ölkəsi içərisində ən demokratik, dünyəvi və iqtisadi baxımdan öndə gedəndir.

«Türkiyə və Qərb Suriya kürdləri məsələsində ortaq məxrəcə gəlməlidir. İŞİD-lə mübarizə adıyla ABŞ Suriyada kürd silahlıları – YPG ilə əməkdaşlıq edir. YPG ABŞ və AB-nin terrorçu təşkilat kimi tanıdığı, Türkiyəyə qarşı 31 illik savaş açmış PKK-nın bir qoludur».

«Qərb siyasətini uzlaşdırmalıdır. Türkiyənin kürdlərin hüquqları məsələsində beynəlxalq standartlara əməl etməsinə çalışmalı, Ankaranı dilə tutmalıdır ki, PKK ilə sülh danışıqlarını bərpa etsin. Ancaq onu da anlamalıdırlar ki, PKK atəşkəsin pozulmasında böyük rol oynadı, Suriyada Qərbdən aldığı dəstək sayəsində Türkiyədə də qazanc əldə edəcəyini düşündü».

«Türkiyə inanır ki, Rusiyayla İran məhz onu tapdalamaq, Qərblə münasibətlərini zəiflətmək üçün PKK-nı dəstəkləyir. Erdoğan Qərb tərəfdaşları ilə konstruktiv işləməlidir. PKK ilə sülh danışıqlarını bərpa etməli, YPG ilə birbaşa danışıqlara getməli, Türkiyə sərhədinin təhlükəsizliyini təmin etməlidir. Qərb də, öz növbəsində, PKK-ya xəbərdarlıq etməlidir ki, Türkiyədə sabitsizlik yaratmaq olmaz; Türkiyə-Rusiya gərginliyinin azaldılmasına çalışmalı; Türkiyə-AB münasibətləri daha geniş cəbhədə qurulmalıdır» - deyə məqalədə bildirilir./Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti