"Türkiyənin əməliyyatı Suriyanın dövlətçiliyinə qarşı deyil"

15:16 | 25.08.2016

"Türkiyənin əməliyyatı Suriyanın dövlətçiliyinə qarşı deyil"

Türkiyə HHQ və SQ-nin Suriyada "Fərat qalxanı" adlı əməliyyatı ölkənin dövlətçiliyinə və ya ərazi bütövlüyünə qarşı yönəlməyib.

Bunu Trend-ə Türkiyə Prezidenti Administrasiyasından deyiblər. 

Administrasiyadan qeyd ediblər ki, əməliyyatın məqsədi Suriya-Türkiyə sərhədini İŞİD kimi terror təşkilatlarından təmizləməkdir: "Türkiyə təhlükəsizliyi üçün addımlar atır. Terror təşkilatları tərəfindən istənilən təhdidi aradan qaldırmaq lazımdır". 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM