Türkiyənin xüsusi təyinatlı batalyonu Kosovoya gəlib

19:30 | 04.06.2023
Türkiyənin xüsusi təyinatlı batalyonu Kosovoya gəlib

Türkiyənin xüsusi təyinatlı batalyonu Kosovoya gəlib

Türkiyə Müdafiə Nazirliyi ölkənin xüsusi təyinatlılardan ibarət batalyonunu Kosovoda yerləşdirməyə başladığını açıqlayıb.

Bu barədə nazirliyin tviter səhifəsində məlumat yerləşdirilib.

Hərbçilər NATO-nun müraciəti əsasında göndərilib.

"Baş verən hadisələrdən sonra bölgədə yerləşən 65-ci motoatıcı briqadamızın xüsusi təyinatlı batalyonu Kosovoya yerləşdirilməyə başlayıb”, - deyə nazirlikdən bildirilib.

Bir müddət əvvəl Türkiyə Müdafiə Nazirliyi Ankaranın NATO-nun tələbi ilə Kosovoya xüsusi təyinatlılardan ibarət batalyon göndərəcəyi barədə məlumat yaymışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb