Türklər koronavirusu izolyasiya etməyi bacardı

18:23 | 06.04.2020
Türklər koronavirusu izolyasiya etməyi bacardı

Türklər koronavirusu izolyasiya etməyi bacardı

Türkiyəli alim professor, Aykut Özkul koronavirusu təcrid etməyi bacarıb.

Ankara Universitetinin Baytarlqı Fakultəsinin şöbə müdiri, Biotexnologiya İnstitutunun direktoru professor Aykut Özkul verdiyi açıqlamada bəyan edib ki, COVİD-19-u izolyasiya etməyi bacarıb. İnstitutun rəsmi Twitter səhifəsində "bu hələ başlanğıcdır. Qərarlı və əzmliyik” mesajlı yayımlanıb. Türkiyəli alimlər Özkula təbrik mesajları göndəriblər.
Professorun elmi işinin məhz nədən ibarət olması barədə açıqlanma verilməsə də, son dərəcə önəmli və sevindirici bir nəticənin əldə edildiyi bildirilib.
Bu addım virusun genomunun açıqlmasında əhəmiyyətli mərhələ ola bilər və onun törətdiyi xəstəliyin qarşısının alınmasında böyük rol oynaya bilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb