Tutulan jurnalistlər bu gün ifadə verəcək

13:00 | 21.09.2016
Tutulan jurnalistlər bu gün ifadə verəcək

Tutulan jurnalistlər bu gün ifadə verəcək

Türkiyənin məşhur jurnalisti Əhməd Altan və onun qardaşı professor Məhməd Altan bu gün Çağlayan Ədliyyəsinə gətiriləcək.
 
ANN.Az Axar.az-a istinadən xəbər verir ki, Altan qardaşları prokuror önündə ifadə verəcək. Hər iki jurnalistin vəkili Veysəl Ok onların Türkiyə vaxtı ilə saat 13:00-da ifadə verəcəyini bildirib.
 
Qeyd edək ki, Əhməd və Məhməd Altan qardaşları iyulun 10-da FETÖ istintaqı çərçivəsində saxlanılıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti