Twitter zərər etdi

23:23 | 30.04.2014
Twitter zərər etdi

Twitter zərər etdi

Twitterin bu ilin ilk rübündə gəlirlərində və istifadəçi sayındakı artımın təxminlərin gerisində qaldığı bildirilib. ANS PRESS-in məlumatına görə, Twitter 2014-cü ilin ilk rübündə 273,3 milyon dollar olan gəlir proqnozunu müqabilində 250,4 milyon dollar qazanc əldə etdiyini açıqlayıb. Twitter ötən ilin müvafiq dövründə 114,3 milyon dollar gəlir qazanıb. Digər tərəfdən, ötən ilin ilk rübündə 27 milyon dollar zərər edən Twitterin bu ilin eyni dövründə itkisi 132,3 milyon dollara çatıb.Twitterin istifadəçilərinin artım sürəti isə 30%-dən 25%-ə qədər düşüb. Aktiv istifadəçi sayının isə 257 milyon proqnoz edilməsinə baxmayaraq 255 milyon olaraq müəyyənləşib.Mərkəzi ofisi San Fransiskoda yerləşən və Evan Villiams tərəfindən 2006-cı ildə qurulan şirkət sürətlə geriləyə bilər. Analitiklər böyümə sürətindəki enişin şirkətin hissələrinə zərər verə biləcəyini ifadə edirlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb