“Uber” sürücüsü maşınla UFC döyüşçüsünün üstündən keçdi

20:30 | 24.04.2019
“Uber” sürücüsü maşınla UFC döyüşçüsünün üstündən keçdi

“Uber” sürücüsü maşınla UFC döyüşçüsünün üstündən keçdi

Braziliyalı MMA döyüşçüsü Rodriqo de Lima "Uber” sürücüsü ilə mübahisədən sonra öldürülüb.

Bu barədə "USA Today” məlumat yayıb.

UFC turnirlərində çıxışları ilə məşhurlaşan idmançının 28 yaşı var idi. 

Onun dostlarının sözlərinə görə, de Limanın "Uber” sürücüsü ilə mübahisəsi olub. Mübahisə zamanı taksi sürücüsü qəsdən döyüşçünün üzərindən maşınla keçib.

Yerli hüquq-mühafizə orqanları sürücünün kimliyini müəyyən ediblər, lakin o, hələ saxlanılmayıb.

Qeyd edək ki, Rodriqo de Lima sonuncu dəfə oktaqona "Shooto Brazil 85” turniri çərçivəsində çıxıb. De Lima ilk raundda qələbə qazanıb. 

2014-2015-ci illərdə braziliyalı iki dəfə UFC-də çıxış edib. De Lima hər iki döyüşü uduzub.
 
oxu.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb