Ucuz yanacaq tapıldı

13:14 | 25.08.2016
Ucuz yanacaq tapıldı

Ucuz yanacaq tapıldı

Los Alamos Milli Laboratoriyası və Yaponiyanın Qabaqcıl Sənayə, Elm və Texnologiya İnstitutunun tədqiqat qrupu polimer əsaslı ucuz yanacaq əldə edib. 

Trend xarici KİV-ə istinadən məlumat verir ki, fosfat-dördüncü ammonium ion-cütündən hazırlanmış bu yanacaq elementleri 80 və 200 selsi dərəcə temperaturda suyun təsiri olmadan hərəkət edə bilir. Tədqiqat qrupu müəyyən edib ki, reaksiya zamanı fosfat-dördüncü ammonium ion-cütü proton daşınmasına suya nisbətən daha güclü təsir göstərə bilir. Nəticədə davamlı, effektiv və daha ucuz yanacaq hazırlamaq mümkün olur.

Qeyd edək ki, Los-Alamos laboratoriyası 1970-ci ildən yanacaq elementlərinin tədqiqatı üzrə liderdir. Yeni tədqiqat ölkənin enerji təhlükəsizliyinə, aşağı neft istehlakı ilə ətraf mühit və iqtisadiyyata kifayət qədər öz töhfəsini verə bilər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM