Ukrayna 2 şəhərinə nəzarəti bərpa edib

11:33 | 31.01.2023
Ukrayna 2 şəhərinə nəzarəti bərpa edib

Ukrayna 2 şəhərinə nəzarəti bərpa edib

Ukrayna ordusu Rusiyanın yanvarın 26- da işğal etidiyi Liman və Baxmut şəhərlərinə nəzarəti bərpa edib.  UNİAN xəbər agentliyinə bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib. 

Rəsmi məlumata görə,  Rusiya hərbçilərinin ölkənin şərqindəki 13-ə yaxın yaşayış məntəqəsinə hücumları dəf edilib. 


Bildirilib ki, Rusiya ordusu  xeyli itki verərək geri çəkildiyi Liman və Baxmut istiqamətlərində hücum əməliyyatlarını yenidən davam etdirir.

İşğal dövründə Rusiya hərbçiləri tərəfindən Donetskin Liman və Svyatoqorsk şəhərlərindəki yaşayış binalarının 90 faizi dağıdılıb. Ümumilikdə, vilayət üzrə müharibə nəticəsində 1 046 dinc sakin öldürülüb, 2 436 nəfər isə yaralanıb. Bu statistik göstəricidə Mariupol və Volnovaxedəki qurbanlar nəzərə alınmayıb.
 
Rusiya 2022-ci ilin fevralın 24-də Ukrayanda hərbi əməliyyat keçirməsi barəsində fərman imzalayıb. Bu gün iki ölkə arasında 342 gündür müharibə davam edir. Müharibə başlayandan sonra Amerika və Avropanın əksər ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıb. Lakin buna baxmayaraq Putin öz qərarindan geri çəkilməyib. 
 
Aytac Zeynalova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb