Ukrayna Dövlət Sərhəd Xidməti: Tatarlar Krımı tərk edir

14:05 | 11.03.2014
Ukrayna Dövlət Sərhəd Xidməti: Tatarlar Krımı tərk edir

Ukrayna Dövlət Sərhəd Xidməti: Tatarlar Krımı tərk edir

Krımı tərk edən insanların, xüsusən Krım tatarlarının sayının artdığı qeydə alınıb.APA-nın “İnterfaks Ukraina” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti açıqlama yayıb. Xidmətin Krımdan Ukraynanın materik hissəsinə gedən yollarda qurduğu postlardan alınan məlumatlara əsasən təkcə son 1 sutka ərzində 265 nəfər Krımı tərk edib. “Onların böyük əksəriyyəti Krım-tatar xalqının nümayəndələridir”, - deyə Ukrayna Dövlət Sərhəd Xidmətinin açıqlamasında bildirilir.  Xatırladaq ki, martın 16-da Krım Ali Soveti muxtar respublikanın Rusiyaya birləşməsi barədə referendum keçirmək barədə qərar qəbul edib. Tatarlar isə bunu qəti əleyhinədir. Krım tatarları 1944-cü ildə sovet hökumətinin qərarı ilə öz dədə-baba torpaqlarından zorla köçürülüblər. Bu proses zamanı və sonrakı illərdə onların təxminən yarısı həlak olub.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM