Ukrayna keçmiş baş nazirini axtarışa verdi

13:13 | 01.02.2018
Ukrayna keçmiş baş nazirini axtarışa verdi

Ukrayna keçmiş baş nazirini axtarışa verdi

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov axtarışa verilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukraynanın Baş prokuroru Yuri Lutsenko paylaşıb. O, Azarovla bərabər Milli Bankın keçmiş rəhbəri Sergey Arbuzovun da axtarışa verildiyini bildirib.

Hər iki şəxsin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə birgə cinayət fəaliyyətində şübhəli bilindiyi vurğulanıb.

Azarovun öz fəaliyyəti ilə ölkəyə 77 milyon dollar, Arbuzovun isə 114 milyon dollar ziyan vurduğu bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb