Ukrayna məktəblərinin yenidən qurulması üçün xeyriyyə oyunu keçiriləcək

12:58 | 31.05.2023
Ukrayna məktəblərinin yenidən qurulması üçün xeyriyyə oyunu keçiriləcək

Ukrayna məktəblərinin yenidən qurulması üçün xeyriyyə oyunu keçiriləcək

"Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenko və məşhur hücumçu Andrey Şevçenko avqustun 5-də "Çelsi”nin "Stamford Bridge” stadionunda keçiriləcək xeyriyyə oyununda komandaların kapitanı olacaqlar. Bu barədə BBC məlumat yayıb.

Keçirilən xeyriyyə oyununun məqsədi Ukrayna Rusiya müharibəsi nəticəsində dağılmış Ukrayna məktəbinin yenidən qurulması üçün maddi vəsait toplamaqdır.

"Çelsi”nin keçmiş futbolçusu Şevçenko beş il futbol üzrə Ukrayna millisinin baş məşqçisi olub, "Arsenal”ın müdafiəçisi Zinçenko isə milli komandanın hazırkı kapitanıdır.

Oyun Premyer Liqanın 2023-2024 mövsümünün başlamasından əvvəl həftəsonu oynanılacaq.

Ayişə Zahid
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM