Ukrayna millisinin daha 3 futbolçusunda koronavirus aşkarlandı

23:30 | 17.11.2020
Ukrayna millisinin daha 3 futbolçusunda koronavirus aşkarlandı

Ukrayna millisinin daha 3 futbolçusunda koronavirus aşkarlandı

Ukrayna yığmasında koronavirusa yoluxan futbolçuların sayı artıb.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Sergey Krivtsov, Ruslan Malinovski və Junior Moraesin test nəticəsi müsbət olub.

Onlar UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçrə ilə bu gün keçiriləcək səfər oyununu buraxacaqlar.

Qeyd edək ki, daha əvvəl millidə 7 oyunçunun infeksiyaya yoluxduğu açıqlanıb. İsveçrə - Ukrayna matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb