Ukrayna Prezident Aparatının müavini istefa verib

11:29 | 24.01.2023
Ukrayna Prezident Aparatının müavini istefa verib

Ukrayna Prezident Aparatının müavini istefa verib

Yanvarın 24-də Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko tutduğu vəzifədən azad edilib.  Bu barədə Prezident Vladimir Zelenski sərəncam imzalayıb.

"Timoşenko Kirilo Vladlenoviç təqdim edilmiş ərizəyə əsasən Ukrayna Prezidentinin Aparatının rəhbərinin müavini vəzifəsindən azad edilsin”- bəyanatda deyilib.

Daha əvvəl Ukrayna mənbələri Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenkonun tutduğu vəzifədən istefa ərizəsini özü yazdığını vurğulayıblar

Məlumata görə, Timoşenkonun əvəzinə bu vəzifəyə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksey Kulebanı təyin etməyi planlaşdırılır.

Bundan əlavə, onlar Sumı, Dnepropetrovsk, Zaporojye və Xerson vilayətlərinin rəhbərlərinin istefa verəcəyi də bildirilib.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb