Ukrayna radiolarında rus dilinə tədricən məhdudiyyət qoyulur

17:49 | 16.06.2016
Ukrayna radiolarında rus dilinə tədricən məhdudiyyət qoyulur

Ukrayna radiolarında rus dilinə tədricən məhdudiyyət qoyulur

Ukrayna Ali Radasının qərarına əsasən, bundan sonra ölkə radiostansiyalarında istifadə edilən mahnıların hər üçüncüsü yerli dildə olacaq. 

Bu barədə Trend "112 Ukrayna" telekanalına istinadən xəbər verir.

Belə qərarın lehinə Ali Radanın 268 deputatı səs verib. Qərara əsasən, Ukrayna radiolarında danışıq dili və səsləndirilən mahnıların ən azı 35 faizi dövlət dilində olmalıdır.

Bundan əvvəl Ukrayna mətbuatında yayılan məlumata əsasən, aidiyyəti qurumlar rusdilli "Şanson" radiostansiyasında ölkə qanunvericiliyinə riayət edilməsinə dair yoxlamalar keçirmək niyyətindədir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb