Ukrayna Rusiyadan Yanukoviçin ekstradisiyasını tələb edəcək

23:18 | 12.03.2014
Ukrayna Rusiyadan Yanukoviçin ekstradisiyasını tələb edəcək

Ukrayna Rusiyadan Yanukoviçin ekstradisiyasını tələb edəcək

Ukrayna Daxili İşlər Nazirliyi Rusiyadan Viktor Yanukoviçin həbs edilərək ekstradisiya olunmasını tələb edəcək. Trend-in UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov deyib.Onun sözlərinə görə, V.Yanukoviç İnterpolun bazasına daxil edilən kimi onun və digər şəxslərin ekstradiyası tələb olunacaq:"Ukrayna hakimiyyətdən sui-istifadə və qətllər törətmək ittihamı üzrə həbs edilməli olan V.Yanukoviç və digər şəxslərin adının İnterpol bazasına daxil edilməsi üçün ərizə göndərib. İnterpol 10 gün ərzində cavab verməlidir".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb