Ukrayna və Azərbaycan neft nəqliyyat dəhlizini işə salmağı düşünür

21:41 | 06.02.2023
Ukrayna və Azərbaycan neft nəqliyyat dəhlizini işə salmağı düşünür

Ukrayna və Azərbaycan neft nəqliyyat dəhlizini işə salmağı düşünür

Ukrayna Xəzər regionundan Avropa İttifaqına üzv ölkələrə təbii qazın nəqli prosesində sərbəst imkanlar verməyə hazırdır. Ukraynanın Energetika nazirinin  müavini Nikolay Kolesnik bildirib.

"Əsas həll mövcud infrastrukturdan - Trans-Balkan qaz kəmərinin gücündən istifadəyə əsaslanır. Ukraynanın qaz ötürmə sistemi operatoru üçün bu, dövlətlərarası əlaqə nöqtələri vasitəsilə xidmətlər üçün yeni müştəriləri cəlb etmək imkanı verir", nazir müavini bildirib. 

 Kolesnikin sözlərinə görə, bir neçə aydan sonra Aİ ölkələrində əksər yeraltı anbarlara qazın vurulması mövsümü başlayacaq və bu, Ukraynanın  marağın artmasına səbəb olur.

O qeyd edib ki, Kiyev və Azərbaycan arasında əməkdaşlıq çərçivəsində əsas infrastruktur layihələrindən biri neftin Xəzər regionundan Aİ bazarlarına nəqli üçün yeni marşrut yaratmaq üçün Avrasiya neft nəqliyyat dəhlizinin layihəsidir.

"Biz "Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində maraqlıyıq və təbii qaz təchizatı marşrutlarının şaxələndirilməsində əməkdaşlığa hazırıq”, - nazir müavini vurğulayıb.

O əlavə edib ki, Aİ, ABŞ, Türkiyə və Azərbaycanla əməkdaşlıq Ukraynanın strateji maraqları sırasındadır.

2023-cü ilin yanvarında Moldova hökuməti qanunvericiliyə lazımi dəyişikliklərin edilməsi barədə qərarı təsdiqləyib ki, bu da Ukraynanın Grebeniki qaz ötürücü sistemi ilə əlaqə nöqtəsində geri daşınma xidmətindən (virtual əks) istifadə imkanlarını açacaq.

Ukraynanın GTS Operatorunun (OGTSU) məlumatına görə, bu, ukraynalı müştərilərə Trans-Balkan dəhlizi ilə Yunanıstan və Türkiyədəki LNG terminallarından qaz və ya Azərbaycan istehsalı olan qazı nəql etməyə imkan verəcək. Öz növbəsində, OGTSU-nun beynəlxalq tərəfdaşları üçün bu addım Yunanıstan və ya Türkiyənin LNG terminallarına çatdırılan qazın Ukraynanın yeraltı anbarlarında saxlanması imkanların verir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb