Ukrayna və Rusiya əsirləri dəyişdilər

17:23 | 26.11.2022
Ukrayna və Rusiya əsirləri dəyişdilər

Ukrayna və Rusiya əsirləri dəyişdilər

Ukrayna əsirliyində 9 rus əsgəri noyabrın 26-da ölkəsinə təhvil verilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
 
Azad edilən hərbçilər Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə tibb müəssisələrində müalicə və reabilitasiya üçün Moskvaya çatdırılacaqlar.
 
Əvəzində Rusiya tərəfi də Ukraynadan olan 12 əsiri geri qaytarıb.

"Son bir həftə ərzində biz 98 ukraynalını geri qaytara bilmişik", - Prezident Aparatının rəhbəri Andrey Yermak mətbuata deyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb