Ukrayna XİN: Aİ ilə vizasız rejim bu ildən başlayacaq

22:33 | 17.06.2016
Ukrayna XİN: Aİ ilə vizasız rejim bu ildən başlayacaq

Ukrayna XİN: Aİ ilə vizasız rejim bu ildən başlayacaq

Ukrayna ilə Avropa İttifaqı arasında vizasız rejimin tətbiqi bu il başlaya bilər.
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyin məlumata görə, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin keçirdiyi mətbuat konfransında deyib.
 
P. Klimkin bildirib ki, hazırda Avropa ölkələri miqrasiya riski yaranacağı təqdirdə, vizasız rejimə qayıtmaq imkanları üzərində işləyirlər: "Biz Aİ ölkələri ilə bu istiqamətdə işləyirik ki, həqiqətən miqrasiya riskləri sübut olunduğu halda, bu mexanizm tətbiq edilsin. Ümid edirəm ki, müvafiq qərar yaxın vaxtlarda qəbul olunacaq və bu il vizasız rejim reallığa çevriləcək".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM