Ukrayna zorla Rusiyaya aparılan 128 uşağı geri qaytara bilib

11:11 | 08.02.2023
Ukrayna zorla Rusiyaya aparılan 128 uşağı geri qaytara bilib

Ukrayna zorla Rusiyaya aparılan 128 uşağı geri qaytara bilib

Ukrayna zorla Rusiyaya aparılan 128 uşağı geri qaytara bilib. "Ukrinform ” xəbər verir ki , bu barədə Ukrayna Baş Prokurorluğunun Uşaqların Maraqlarının Müdafiəsi və Zorakılıqla Mübarizə İdarəsinin rəisi Yuliya Usenko məlumat verib.
 
Onun sözlərinə görə, hazırda 50-dən çox uşaq ukraynalı valideynləri və ya baxıcıları ilə birlikdə Avropa İttifaqı (Aİ) ölkələrinin ərazisində saxlanılır.

Yuliya Usenko bildirib ki, Rusiyada beynəlxalq hüquq düzgün işləmir. Bu baxımdan uşaqların evə qaytarılması üçün beynəlxalq ictimaiyyətin səyləri və real addımlar lazımdır.

"Ukrayna mümkün olan hər şeyi edir,  təəssüf ki, bu kifayət deyil. Diplomatiyanın adi alətləri işləmir, beynəlxalq humanitar hüququn tələbləri təcavüzkara şamil edilmir, buna görə də vahid mexanizm yoxdur. Bizim vəzifəmiz daim belə yollar axtarmaq və bizi dəstəkləyənlərlə dialoqda olmaqdır”, - hüquq müdafiəçisi bildirib.

Daha əvvəl Ukrayna Prezidentinin Uşaq Hüquqları və Uşaq Reabilitasiyası üzrə Müvəkkili Daria Gerasimçuk bildirib ki, 2022-ci ilin oktyabrına olan məlumata görə, ən azı 8709 uşaq Rusiyaya zorla aparılıb.

Şərq İnsan Haqları Qrupunun direktoru Vera Yastrebovanın sözlərinə görə,  82 min ukraynalı uşaq Rusiya Federasiyasına məcburi deportasiyanın qurbanı olub.

Aytac Zeynalova
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM