Ukraynada döyüş meydanından yeni VİDEOlar

14:36 | 11.03.2022
Ukraynada döyüş meydanından yeni VİDEOlar

Ukraynada döyüş meydanından yeni VİDEOlar

Martın 11-də  həm Rusiya, həm də Ukrayna silahlı qüvvələri döyüş meydanlarından video görüntülər yayıb.

Amma bu materialların və bəyanatların həqiqətə nə dərəcədə uyğun olduğunu sübut edən təsdiqi yoxdur.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi "Ukrayna millətçilərinin qalası”nın dronla atəşə tutulma anını əks etdirən səs yazısı dərc edib. Amerikalı hərbi ekspert Rob Li zərbənin Forpost-R dronu vasitəsilə həyata keçirildiyini bildirib. 

Bu, Rusiya-Ukrayna müharibəsi zamanı  Rusiya tərəfinin dronların tətbiqi ilə bağlı yyaımladığı ikinci videodur. Əvvəlki videoda Aydar batalyonunun komanda məntəqəsinə vurulan zərbə göstərilirdi.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tankına tank əleyhinə raket kompleksindən zərbə endirilməsinin əks olunduğu videonu yayımlayıb. Rob Li hesab edir ki, bu, Ukrayna istehsalı olan Stugna-P kompleksi ola bilər.

Bundan əlavə, rusiyayönlü teleqram kanalları Rusiya hərbçilərinin qənimət götürülmüş ABŞ istehsalı olan Javelin ATGM-in videosunu yayıb. Əgər məlumat doğrudursa, o zaman bu, Rusiya qüvvələrinin əlinə keçən ilk işlək vəziyyətdə olan Javelin ATGM-dir. 
 



N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM