Ukraynada silahlar geri çəkiləcək

17:47 | 30.09.2015
Ukraynada silahlar geri çəkiləcək

Ukraynada silahlar geri çəkiləcək

Rusiya, Ukrayna və Avropa təmsilçiləri Ukraynanın şərqindən tankların və digər silahların geri çəkilməsi üzrə çoxdan gözlənən razılaşmanı əldə ediblər.

"Bu sənəd zorakılıq və hücumlara son qoyacaq sülh cığırını açır,” Rusiya təmsilçisi Azamat Kulmukhametov sentyabrın 29-da deyib.

ATƏT-in təmsilçisi Martin Sajdik deyib ki, iki günə razılaşma həyata keçirilməyə başlayacaq və 39 günə yerinə yetiriləcək. Sənədə "tankların, minaatanların, kalibri 100 mm-dən az artilleriyanın 15 kilometrlik məsafəyə çəkilməsi nəzərdə tutulur”.

Sənədi Ukrayna təmsilçisi Leonid Kuchma imzalayıb, separatçıların liderləri isə oktyabrın 1-də imzalayacaq.

Saidik-in sözlərinə görə, ATƏT silahların geri çəkilməsini monitorinq edəcək.

Kalibri 100 mm-dən artıq olan silahlar artıq cəbhə xəttindən çəkilib. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb