Ukraynaya 14-18 milyard dollar kredit ayrılacaq

18:43 | 30.04.2014
Ukraynaya 14-18 milyard dollar kredit ayrılacaq

Ukraynaya 14-18 milyard dollar kredit ayrılacaq

Beynəlxalq Valyuta Fondu (BVF) aprelin 30-da keçirəcəyi iclasında Ukraynaya iki il müddətində 14-18 milyard dollar kredit ayrılması məsələsinə baxacaq.

 

BVF-nin xarici əlaqələr departamentinin rəhbəri Jerry Rice deyib ki, Ukraynadan bütün lazımı sənədləri aldıqlarından Fond aprelin 30-da qərar qəbul edəcək.

 

Ukraynanın iqtisadi inkişaf və ticarət naziri Pavel Sheremet  BVF-dan alınacaq ilkin kredit tranşının 3 milyard dollar olacağını deyib.

 

Nazirin sözlərinə görə, Ukrayna 2 il ərzində Beynəlxalq Valyuta Fondundan 16.8 milyard dollar kredit almağı planlaşdırır.

 

BVF ilə iki illik əməkdaşlığı Ukraynanın ABŞ, Avropa İttifaqı və Yaponiyadan 27 milyard həcmində maliyyə yardımı almasına imkan verəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb