Çunayev qızıl medal qazandı – YENİLƏNİB + VİDEO

20:50 | 06.05.2016
Çunayev qızıl medal qazandı – YENİLƏNİB + VİDEO

Çunayev qızıl medal qazandı – YENİLƏNİB + VİDEO

Azərbaycan güləşçisi Rəsul Çunayev Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turnirinin qalibi olub.

Oxu.Az xəbər verir ki, 66 kq çəkidə mübarizə aparan həmyerlimiz yarışa 1/16 final mərhələsindən başlayıb. 

İlk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhləvanımız ardınca Belarusdan Pavel Liax və Polşadan David Kareçinski ilə gərgin keçən qarşılaşmalardan da qalib ayrılıb. 

Yarımfinalda Fransa təmsilçisi erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində qələbə qazanan Rəsul Çunayev finala yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu güləşçilərimizin Rio-de Janeyro Olimpiya Oyunlarına qazandığı 14-cü vəsiqədir.

Final görüşündə güləşçimizin rəqibi Qırğızıstandan Asiya çempionu Ruslan Tsarev olub. 6:0 hesablı qələbə qazanan Rəsul Çunayev təsnifat turnirinin qızıl medalına yiyələnib.  

17:59
 
 
İdmançımız olimpiadaya lisenziya qazandı.

1/4 mərhələdə polşalı David Kareçinskiyə 6:1 hesabı ilə qalib gələn Rəsul Çunayev yarımfinalda Fransanı təmsil edən erməni əsilli idmançı Artak Marqaryana heç bir şans verməyib – 8:0 və Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Finalda güləşimiz qırğızıstanlı Ruslan Çarevlə qarşılaşacaq.
 

  
16:39
 
Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya Təsnifat Turniri keçirilir.

Oxu.Az xəbər verir ki, yarışlarda finala yüksələn hər bir güləşçi, həm də Olimpiadaya vəsiqəni təmin edəcək.

İlk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparır. Bu gün Azərbaycan təmsilçilərindən Rəsul Çunayev və Şalva Qadabadze yarışacaq.

66 kq çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev 1/16 finalda xorvatiyalı Dominik Etlingerlə üz-üzə gəlib. Rəqibini 19 saniyədə məğlub edən "Bakı 2015” I Avropa Oyunlarının qalibi və dünya çempionumuz 1/8 finala yüksəlib. O, bu mərhələdə belaruslu Pavel Liaxa qalib gəlib (9:7). Çunayev 1/4-də polşalı David Kareçinski ilə güləşəcək.

Digər təmsilçisimiz Şalva Qadabadze mübarizəyə 1/8 finaldan qoşulacaq. 98 kq çəki dərəcəsində yarışan Qadabadze ilk görüşündə avstriyalı Daniel Qastla üz-üzə gələcək.

Güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM