Çunayev Rusiyanın məşhur verilişində - VİDEO

21:30 | 24.12.2018
Çunayev Rusiyanın məşhur verilişində - VİDEO

Çunayev Rusiyanın məşhur verilişində - VİDEO

Dəfələrlə Avropa və dünya çempionu olmuş tanınmış azərbaycanlı yunan-roma güləşçisi Rəsul Çunayevin iştirakı ilə keçirilmiş döyüş Rusiya teleməkanının məşhur "Veçernıy Urqant” verilişinin efirində yayımlanıb.

Oxu.Az xəbər verir ki, verilişdə bu il Kaspiysk şəhərində keçirilən Avropa çempionatının finalında Rəsul Çunayevlə rusiyalı həmkarı Adam Kurak arasında keçən döyüşün görüntüsü nümayiş olunub.

Qarışdurmanı fiqurlu konkisürmə üzrə əfsanəvi məşqçi şərh edib.  

Fraqmentdə Rəsul Çunayevin effektiv fənd işlətdiyini görmək olur. Çunayev birinci hissənin sonuna 5:1 öndə olsa da, oyunun yekun nəticəsinə görə azərbaycanlı "klassik” güləşçi 5:9 hesabı ilə məğlub olub.

Verilişdə həmin döyüşün göstərildiyi fraqmenti Rəsul Çunayev öz "Instagram” səhifəsində yerləşdirərək aşağıdakı şərhi yazıb:

"Dostum və sparrinq-tərəfdaşım İvan Urqantın öz verilişi üçün mənim Adam Kurakla keçirdiyim döyüşdən olan epizodu seçməsi qürurvericidir. Yeri gəlmişkən, heç şübhəsiz, Kurak Rusiyanın ən istedadlı güləşçilərindəndir.

Fiqurlu konkisürmə "aləminin” dahi nümayəndəsi Tatyana Tarasovanın şərhlərini böyük həyəcanla dinləyirdim. Onun heyrətamiz, pozitiv və yumor dolu şərhləri məni, dostlarımı və yəqin ki, bu verilişin bütün tamaşaçılarını çox güldürdü. Fürsətdən istifadə edib, dostlarımla birlikdə Tatyana Anatolyevna Tarasovanı dahi atası – Anatoliy Tarasovun yubileyi münasibətilə təbrik edirəm.

Bu verilişdə daha bir böyük idmançı, Aleksandr Karelini də görmək çox xoş oldu. Aleksandr Karelinin obrazı, idman yolu və bugünkü fəaliyyəti gənclər üçün layiqli nümunədir.

Verilişdə isə özünü həm də çox hazırcavab yumor ustası kimi göstərdi. O, Urqantı təqlid etdi. Bravo, İvan Urqant!!!”, - deyə Rəsul Çunayev bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb