Unibank maarifləndirir

17:52 | 03.12.2013
Unibank maarifləndirir

Unibank maarifləndirir

Unibankın maliyyə savadlılığı həftəsini uğurla başa vurdu.  31 oktyabr Beynəlxalq Əmanət günü aksiyası çərçivəsində  Şəki və Tovuz rayonlarında yerləşən orta  məktəblərdə keçirilən tədbirlərdə əmanət qoyuluşu ilə bağlı məlumat verilib, şagirdlər arasında viktorinalar keçirilib. Şəki şəhərindəki 18 saylı orta məktəbin 9-10-cu sinif şagirdləri arasında  keçirilən inşa müsabiqəsinin qaliblərinə isə Unibankdan  çox maraqlı bir hədiyyə edilib. 3 qalibin hərəsinin adına  bankda əmanət hesabı açılıb.

Unibankın  “Şəki”,  “Tovuz”, “Əcəmi” və “Mərkəz” filiallarında  keçirilən “Açıq qapı” tədbirlərində yüzlərlə müştəri bank xidmətləri haqda, əmanət qoyuluşu ilə bağlı  məlumatlandırılıb. 

Maliyyə savadlılığı kampaniyası çərçivəsində böyük bir ticarət mərkəzində keçirilən tədbir də maraqla qarşılanıb. Alıcılara bank məhsulları və xidmətləri ilə bağlı bukletlər və hədiyyələr paylanıb.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM