Vahid Ələkbərov: Birinci rübdə neftin qiyməti 50 dollar olacaq

18:14 | 22.01.2015
Vahid Ələkbərov: Birinci rübdə neftin qiyməti 50 dollar olacaq

Vahid Ələkbərov: Birinci rübdə neftin qiyməti 50 dollar olacaq

"Lukoyl” neft şirkəti 2015-ci ildə hasilatı sabitləşdirməyi hədəf götürüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Davosda jurnalistlərə şirkətin rəhbəri Vahid Ələkbərov deyib.

""Lukoyl” şirkətinin 2015-ci ildə bütün Rusiya Federasiyası ərazisində hasilatı sabitləşdirmək məqsədi var”, deyə o bildirib.

Ələkbərovun sözlərinə görə, şirkət 2015-ci ildə investisiya proqramını 1.5 milyard dollar azaldacaq.  

"Mən deyərdim ki, 1.5 milyard dollar elə bu ilin investisiya proqramının 10% azaldılması deməkdir”, - o qeyd edib.  

Ələkbərovun sözlərinə görə, 2015-2016-cı il üzrə investisiya proqramının azaldılması təbii ki, "şirkətin büdcəsini balanslaşdıracaq”.

"Büdcəni balanslaşdırmağa imkan verəcək bir sıra faktlar var. Bu həm vergi sistemi, həm də rublun devalivasiyasıdır”, deyən şirkət rəhbəri əlavə edib ki, maksimal investisiyalar ötən il yatırılıb.

Bununla yanaşı, o qeyd edib ki, şirkət dividendlərin ödənilməsi ilə bağlı olan planlarında imtina etmir.  

"Biz indi də dividendlərin ödənilməsini nəzərdən keçiririk”, Ələkbərov deyib.

Bununla yanaşı, şirkət işçiləri ixtisar etməyi planlaşdırmır.

 "Biz işçilərin sayını azaltmayacağıq, lakin biz yeni işçilər qəbul etməyəcəyik”, o deyib.

Vahid Ələkbərov deyib ki, birinci rübdə neftin qiymətinin bir barelə görə 50 dollar, il ərzində 65-70 dollar olacağını proqnozlaşdırır. Onun sözlərinə görə, neft qiymətlərinin gələcək trendinin indikatoru cari ilin fevral-martı olacaq.

"Qışdan yaya keçid neftin qiymətlərinin gələcək trendini göstərəcək”, - Ələkbərov deyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb