Vahid Ələkbərov: "Neftin bareli 42-47 dollar olacaq"

20:17 | 09.12.2015
Vahid Ələkbərov:

Vahid Ələkbərov: "Neftin bareli 42-47 dollar olacaq"

"Gələn il neftin bir barelinin qiyməti 42-47 dollar səviyyəsində olacaq".

"Report" xəbər verir ki, bunu Rusiyanın "LUKOYL" şirkətinin prezidenti Vahid Ələkbərov Bolqarıstanın "Trud" qəzetinə müsahibəsində deyib.

V.Ələkbərovun sözlərinə görə, OPEK-in Vyanada keçirilən sonuncu toplantısında iştirak edən İran və İraqın neft nazirləri, müxtəlif təhlilçilər gələn il neftin bir barelinin qiymətinin indiki səviyyədə qalacağını bildiriblər: "Başqa sözlə biz qiymətin 42-47 dollar səviyyəsindən danışırıq. 2016-cı ilin sonu, 2017-ci ilin əvvəlindən neft bahalaşmağa başlayacaq. Bizim hesablamamıza əsasən, həmin dövrdə neftin bir bareli 60 dollar ətrafında dəyişəcək".

O qeyd edib ki, insanlar yeni alternativ energetika mənbələri axtarır: "Ancaq yaxın 40-50 ildə neft, təbii qaz və daş kömür ənənəvi enerji mənbəyi olaraq, qalacaq".

"LUKOYL"-un rəhbəri Bolqarıstandan keçəməsi planlaşdırılmış təbii qaz kəmərinin və bu ölkədə həyata keçirilməsi nəzərədə tutulan layihələrin reallaşmamasına təəssüfləndiyini də bildirib: "Burqas-Aleksandrupolis neft kəmər layihəsi isə artıq aktual deyil".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb