Vahid Ələkbərov Putindən kömək istədi

14:22 | 20.09.2014
Vahid Ələkbərov Putindən kömək istədi

Vahid Ələkbərov Putindən kömək istədi

““Lukoyl” sanksiyalar şəraitində Rusiya Federasiyasının neft sənayesinə dəstəyi ilə bağlı təkliflər hazırlayıb və onu Energetika Nazirliyinə təqdim edib”. Modern.az rus KİV-nə istinadən xəbər verir ki, bu sözləri “Lukoyl” neft  şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərov Rusiyanın baş naziri Dmitri Medvedevlə biznes-cəmiyyət görüşündə deyib.Onun sözlərinə görə bütün incə məqamlar nəzərə alınıb. Neft çıxarma üçün texnologiyaların vacibliyindən danışan Vahid Ələkbərov bunları deyib: “Əlavə səylər lazımdır. Bütün lazımlı avadanlığı yaratmaq üçün əlavə addımlara ehtiyac var”.Qeyd edək ki, Rusiyanın Ukrayna məsələsində tutduğu işğalçı mövqeyə görə Avropa İttifaqı,  o cümlədən ABŞ rəsmi Moksvaya sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin sonuncu açıqladığı sanksiya siyahısına “Lukoyl” da daxil edilib.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM