Vahid kartın tətbiqinə başlanır

16:56 | 12.05.2015
Vahid kartın tətbiqinə başlanır

Vahid kartın tətbiqinə başlanır


"Vahid gediş kartı sistemi üzərində aparılan hazırlıq işləri artıq yekunlaşıb"

Azərbaycan  "Şəhər nəqliyyatında vahid kart sisteminin tətbiq edilməsi üçün işlər davam etdirilir. Artıq proqram təminatı, prosessinq mərkəzinin yaradılması kimi texniki tərəflər öz həllini tapıb”.

ANS PRESS-in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. O bildirib ki, vətəndaşlara veriləcək kartlar, onların doldurulması kimi məsələlər də həll olunub:

"Bakı Metropolitenində vahid gediş kartı sistemi üzərində aparılan hazırlıq işləri artıq yekunlaşıb. Avtomobil nəqliyyatında isə bu prosesə I Avropa Oyunlarından sonra mərhələli şəkildə başlanılacaq".

Nazir müavini vahid kart sisteminə keçidin hansı formada həyata keçiriləcəyinə də aydınlıq gətirib: "Vətəndaşlarda olan əvvəlki kartlardan istifadə etmək mümkün olacaq. Ancaq sonradan kart sisteminə keçid prosesi tam yekunlaşandıqda bu kartlar dəyişdiriləcək. Təbii ki, bu proses vətəndaşların istəyi ilə mümkün olacaq”, - deyə M.Pənahov qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb