"Vatikan prosesin irəliləməsi üçün mənəvi dəstək verdi"

11:22 | 18.09.2015

"Vatikan prosesin irəliləməsi üçün mənəvi dəstək verdi"

"Roma Papası Frantsisk Kuba ilə bağlı məsələyə əhəmiyyətli dəstək verməklə ölkələrimiz arasında normallaşma prosesinə cəlb edilib".

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ben Rods ABŞ-Kuba münasibətlərinə, Roma katolik kilsəsi başçısının gələn həftə ölkəsinə səfərinə həsr edilən brifinqdə deyib.

Onun sözlərinə görə, məhz Roma Papası ABŞ və Kuba liderlərini problemlərin danışıqlar yolu ilə həllinə və münasibətləri yaxşılaşdırmağa çağırıb.

ABŞ prezidentinin müşaviri vurğulayıb ki, ötən ilin dekabrında münasibətlərin normallaşmasına dair danışıqlar başa çatandan sonra Vatikan amerikalı və kubalı nümayəndələri qəbul edib: "Onda Vatikan prosesin irəliləməsi üçün mənəvi dəstək verdi"

Qeyd edək ki, ABŞ-la Kuba arasında münasibətlər rəsmi olaraq, iyulun 20-də bərpa olunub. Həmin gün Kubanın Vaşinqtonda, avqustun 14-də isə ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə Vaşinqtonun Havanada səfirliyi açılıb. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb