Vilayət Eyvazov generalı işdən çıxardı - YENİ TƏYİNAT

10:18 | 06.11.2019
Vilayət Eyvazov generalı işdən çıxardı - YENİ TƏYİNAT

Vilayət Eyvazov generalı işdən çıxardı - YENİ TƏYİNAT

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğlu tutduğu vəzifədən azad edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Nazirin digər əmrinə əsasən, Həzi Aslanov DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.

Onun əvvəlki vəzifəsinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, V.Eyvazov ötən gün DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı İzzət Kərimov tutduğu vəzifədən azad edilib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb