Vilayət Eyvazovdan polkovnikin yerinə TƏYİNAT

12:35 | 28.02.2020
Vilayət Eyvazovdan polkovnikin yerinə TƏYİNAT

Vilayət Eyvazovdan polkovnikin yerinə TƏYİNAT

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Anews.az-un məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis mayoru Qara Abdullayev Nəsimi Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsinə gətirilib. 

Qeyd edək ki, bir müddət əvvəl Nəsimi Rayon DYP-nin şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı saytımıza təsdiq edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM